Ağdamda bir həftə əvvəl baş vermiş yanğın hadisəsi zamanı xəsarət almış qadın xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq 1965-ci il təvəllüdlü Zibeydə İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, sözügedən hadisə 1 oktyabr tarixində rayonun Quzanlı qəsəbəsində qeydə alınmışdı. Yaşayış evində baş vermiş yanğın nəticəsində nənə və nəvə yanıq xəsarətləri almışdı.
Bizim.Media