DİQQƏT! Meteor yağışı OLACAQ

DİQQƏT! Meteor yağışı OLACAQ

Hazırda oxunan: DİQQƏT! Meteor yağışı OLACAQ

274485

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, bu axının mənbəyi 21P/Giakobini–Zinner kometidir.

Bildirilib ki, 1900-cü ildə fransız astronom Mişel Giakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu komet 6,6 illik periodla Günəş ətrafında dövr edir:
 

"Kometin hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik. Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur – saatda 5-ə yaxın meteor müşahidə edilir.


Drakonid meteorlarının sürəti çox yavaş - təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb:

məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar".

Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30–23:00 arası gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO