Toydan qayıdan kişi avtomobildə yanaraq öldü - FOTO

Toydan qayıdan kişi avtomobildə yanaraq öldü - FOTO

Hazırda oxunan: Toydan qayıdan kişi avtomobildə yanaraq öldü - FOTO

274465

Salyan rayonunun Yolüstü kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb.

Ağcabədidə keçirilən toy mərasimindən qayıdan Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-ci il təvəllüdlü Əzizov Emil Asəf oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən avtoyuma məntəqəsinə çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi alışaraq partlayıb. Yanğın zamanı sürücü avtomobildə yanaraq hadisə yerində dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO