Astara rayonunun Sərək kəndində yerləşən və kəndi əsas magistral yolla birləşdirən körpü dağılıb. Cənub bölgəsinə yağan güclü yağışlar nəticəsində körpünün torpaq bünövrəsi tamamilə yuyulub, beton dayaqları isə ciddi zərər görüb.
İndi 400-dən çox sakinin yaşadığı yaşayış sahəsi əsas yoldan təcrid olunub. Eni 4, uzunluğu 7 metrlik qəzalı körpüdən yalnız piyadaların keçməsi mümkündür. Sürücülər isə avtomobillə çaydan keçməyə məcbur olurlar.
Bu da əlavə təhlükə yaradır.
Qəzalı vəziyyətdə olan bu körpü təkcə Sərək kəndini deyil, Deqədi və Səlivə kəndlərini də birləşdirən yolda yerləşir. Körpü həmçinin yerli sakinlərin yetişdirdiyi subtropik meyvələrin bazarlara daşınması üçün əsas keçid yoludur. İndi isə təsərrüfat sahibləri məhsullarını bazara çıxara bilməyəcəklərindən narahatdır.
Məktəblilər üçün isə vəziyyət daha kritikdir. Yaxınlıqda yerləşən kəndin orta məktəbinə gedən şagirdlər, eləcə də müəllimlər gündəlik bu təhlükəli körpüdən keçmək məcburiyyətində qalırlar. Valideynlər övladlarının hər gün həyat riski ilə üz-üzə qalmasından ciddi narahatdır.
Ətraflı videosüjetdə:
Sabutay Nağı, Pərviz Allahverdiyev, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 08.10.2025
Sərək kəndində TƏHLÜKƏLİ vəziyyət - 400-dən çox sakinin istifadə etdiyi körpü DAĞILIB – VİDEO
Hazırda oxunan: Sərək kəndində TƏHLÜKƏLİ vəziyyət - 400-dən çox sakinin istifadə etdiyi körpü DAĞILIB – VİDEO
Hazırda oxunan: Sərək kəndində TƏHLÜKƏLİ vəziyyət - 400-dən çox sakinin istifadə etdiyi körpü DAĞILIB – VİDEO
274394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.