Ölkənin ikinci paytaxtı hesab edilən Gəncədə əhalinin içməli su ilə təminatındakı anormallıqla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub.xa0
Məlumata görə, yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq suya tələbatın kəskin artdığı bir zamanda Gəncəni içməli su ilə təmin etməli olanların başı sözün həqiqi mənasında “pul qırmağa” qarışıb. Belə ki, şəhərin əskər ərazilərinə fasiləsiz su təminatını dayandıran işbazlar vətəndaşları su maşınlarının ümidinə qoyaraq onlara suyun hər tonunu mövcud dəyərindən bir neçə dəfə baha qiymətə almağa məcbur edir.xa0
10 litri 20 qəpiyə, tonu 20 manata su...
Məsələ bundadır ki, Göygöldən Gəncə su anbarına gələn suyu xüsusi boru vasitəsi ilə su maşınlarına yönləndirən işbazlar həmin suyu vətəndaşlara fantastik qiymətə satmaqla böyük pullar qazanmaqdadır. Belə ki, suyun 10 litri vətəndaşa 20 qəpiyə təklif edilir ki, bu da vətəndaşları günlük su təchizatı üçün bir neçə manat ödəməyə məcbur edir. Başqa sözlə desək, vətəndaş 1 ton su üçün 20 manat məbləğində pul ödəməli olur ki, bu da əksər ailələrin büdcəsinə uyğun olmamaqla yanaşı, onların qanuni hüquqlarının da tapdalanması deməkdir.
Gülüstan qəsəbəsində vətəndaşlar üçün qurulan cəhənnəm mexanizmi...
Mənbənin bildirdiyinə görə, vətəndaşların müflis edilməsi hesabına gerçəkləçdirilən su biznesinin “ürəyi” “Göygöldən gəlib Gülüstan qəsəbəsindəki su anbarına tökülən məkanda döyünür. Belə ki, məhz bu məkana “öz adamını” yerləşdirən bossların göstərişi ilə su maşınlarına suyun hər tonu 1 manat 20 qəpiyə yükləyir. Hansı ki, bu vəsaitin 1 manatı idarə rəhbərinə, 20 qəpiyi isə prosesə nəzarət edən, “külli-ixtiyar sahibi” olan nəzarətçiyə çatır. Su idarəsinin su anbarına təyin etdiyi şəxsin vəzifəsi günlük su satışına nəzarət etmək, “haqq-hesab məsələlərində” rəhbərliyin aldadılması hallarını önləməkdir.xa0
Gün ərzində 3, 5 və 6 tonluq çənlərlə təchiz olunanxa0 80-100 ədəd su maşınının su anbarından Gəncə küçələrinə su daşıdığı bildirilir ki, bu da hər gün bir neçə min manat vəsait deməkdir.
Vətəndaşlar kranlardan gələn sudan niyə istifadə etmir?xa0
Bilgili qaynağın sözlərinə görə, şəhərə gələn içməli suyu dayandıran və bununla da su maşınları hesabına nəhəng su biznesi formalaşdıran işbazlar mənzilləri qanuna müvafiq olaraq normal, içməli su ilə deyil, artezian suları ilə təmin edir. Əslində artezian sularının dövriyyəyə buraxılması vətəndaşların su qıtlığı ilə bağlı şikayətlərini formal olaraq önləməklə yanaşı, su idarəsinin rəhbərliyi üçün əlavə qazanc mənbəyi formalaşdırır. Belə ki, ev və kvartallara su sayğacları quraşdıran idarə onları istifadə etdiyi artezian suyunun hər tonuna görə 30 qəpik ödəməyə məcbur edir. Başqa cür desək, vətəndaş keyfiyyətli suya görə deyil, adi artezian suyunun hər tonuna görə 30 qəpiyindən keçməli olur.xa0 Halbuki, hədsiz codluğu ilə diqqət çəkən, içməklə yanaşı texniki istifadə baxımından da yetərincə yararlı olmayan bu sudan istifadə vətəndaşlar üçün əlavə problemlərə yol açır.xa0
Dezinfeksiya edilməyən su maşınları, su çənləri daşıyan “Qazel”lər....
Mənbənin məlumatına görə, Gəncədə reallaşan şıdırğı su alverinin şöhrəti yalnız şəhərə deyil, qonşu rayonlara da yayıldığı üçün su maşını olan hər kəs bu biznesdə yer almağa çalışır. Bəzi şəxslərin sırf bu səbəblə su maşını aldığı, bəzi “Qazel” sahiblərinin isə maşına su çəni yerləşdirərək səyyar su satışını reallaşdırdığı bildirilir. Ağsu və digər şəhərlərdən də xeyli sayda su maşını su biznesində yaxından iştirak etməkdədir.
Diqqətçəkənxa0 məqamlardan biri isə su alverində yer alan maşınların böyük əksəriyyətində heç bir dezinfeksiya işinin aparılmamasıdır. Bu maşınlar üzərində heç bir əlaqədar qurumun nəzarəti tətbiq edilmədiyi üçün həmin maşınların vətəndaşlara su ilə yanaşı, həm də yolxucu xəstəliklər yaymaq ehtimalı yüksəkdir.xa0
Ümid edirik ki, Gəncə şəhər icra hakimiyyəti, eləcə də gəncəliləri keyfiyyətli içməli su ilə təmin etməyə borclu olan müvafiq qurumlar Gəncə sakinlərinə isti yay günlərdinə yaşadılan Kərbəla müsibətinə göz yummayacaq, əhalininxa0 normal su təchizatı ilə təmin edilməsini təmin edəcək, Gəncə su idarəsinin rəhbərliyinin milyonlara sahib olmaq arzusunun vətəndaşların ürək yanğısı hesabına gerçəklədirməsinə yolverməyəcəklər.xa0


































































































