Kəlbəcərə işıq çəkilir - FOTO

Kəlbəcərə işıq çəkilir - FOTO

Hazırda oxunan: Kəlbəcərə işıq çəkilir - FOTO

27438

“Azərenerji” ASC Kəlbəcər rayonuna elektrik xətti çəkir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərenerji”  sədrinin müşaviri Tanrıverdi Mustafayev sosial şəbəkə hesabında foto paylaşıb.

Xatırladaq ki, hələ aprel ayında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində Kəlbəcərə elektrik xəttinin çəkiləcəyini bildirib. 

“Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir. Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik” – deyə, ASC-nin prezidenti deyib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO