Şəmkirdə baş verən qətllə baş yeni faktlar məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə zamanı onların övladları da bıçaqlanıb.
Xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyev xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, 06.10.2025-ci il tarixində saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. (Lent.az)
Bizim.Media