Qusarda 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçdi - FOTO

Qusarda 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçdi - FOTO

Hazırda oxunan: Qusarda 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçdi - FOTO

274012

Elmi-Tədqiqat Kardiologiya İnstitutu Qusar rayon Mərkəzi xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Heydər Əliyevin Qusar şəhərindəki abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.

Sonra Qusar rayon Mərkəzi Xəstəxanasındakı Şəhidlər güşəsi də ziyarət edilib, guşə önünə tər güllər düzülüb.
 

Qusar RİH başçısı Sahir Məmmədxanov Vətən Müharibəsinin davam etməsinin 5 illiyini qeyd etdiyimiz bu günlərdə Elmi-Tədqiqat Kardiologiya İnstitututunun Qusarda xoş məramlı aksiya keçirmələrini təqdirəlayiq hesab edib və insan sağlamlığının keşiyundə duran həkimlərə və bu təşəbbüsü irəli sürən YAP rəsmilərinə öz minnətdarlığını bildirib.


Qusar rayon Mərkəzi Xəstəxanasının İctimaiyyərlə Əlaqələr şöbəsinin rəhbəri Anjela Zalova Bizim.Media-ya məlumat verib ki, oktyabrın 4-5-də iki gün davam edən tibbi aksiyada 100-ə yaxın şəhid ailəsi üzvü və qazi tibbi yoxlamalardan keçib.

Aksiya günün sonunadək davam edəcək.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO