Paytaxtın 555 küçəsi yuyuldu - FOTO

Paytaxtın 555 küçəsi yuyuldu - FOTO

Hazırda oxunan: Paytaxtın 555 küçəsi yuyuldu - FOTO

273972

Bu gün, oktyabrın 4-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya kolu əkilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini verib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO