Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Hazırda oxunan: Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

273921

Naxçıvanda kişi həyat yoldaşını döydükdən sonra asaraq öldürüb.

Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda baş verib.

İttihama görə, 1992-ci il təvəllüdlü Azər İbrahimli "TikTok" sosial şəbəkəsində 2000-ci il təvəllüdlü Aytacla tanış olub. Onlar bir müddət danışandan sonra cütlük evlənib.

Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.

Bir müddətdən sonra Azər sosial şəbəkədə Məleykə adlı qızla tanış olub və ona subay olduğunu bildirib. Bundan sonra Azər Məleykə ilə görüşməyə, sevgili olmağa başlayıb.

Bir gün Aytac bu hadisədən xəbər tutub və ailədə söz-söhbət başlayıb. Aytac Azərin atası Həsənə zəng vurub onu evə çağırır və oğlunun başqa qızla ona xəyanət etdiyini bildirib.

Hadisədən əsəbiləşən qayınata Aytac və uşaqlarını götürüb öz evinə gətirib. Azər isə kirayə qaldığı evdə tək yaşayıb.

Bir gündən sonra Aytac Azərə zəng vuraraq, evə qayıtmaq istədiyini deyib. Azər isə onu sabah evə gətirəcəyinə söz verib. Amma Aytac buna dözməyib və gecə saatlarında evinə qayıdıb. O, evinə qayıdarkən qapının bağlı olduğunu görüb və darvazadan aşaraq həyətə daxil olub. Daha sonra o, evin pəncərəsini açaraq oradan evə keçib. Bu vaxt o, evdə Azərin yenidən Məleykə adlı qızla danışdığının şahidi olub. Azərlə Aytac arasında yenidən mübahisə başlayıb və Azər onu şillə və təpik zərbələri ilə döyüb.

Zərbələrdən halsız vəziyyətə düşən Aytac çarpayıya uzanıb. Bunu görən Azər onu öldürmək qərarına gəlib. O, balkonda paltar asmaq üçün çəkilən ipi kəsərək orağa keçib. O, ipin bir tərəfini Aytacın boğazına, digər tərəfini isə tavandakı çilçıraq üçün bərkidilmiş armatura bağlayıb. Azər daha sonra mətbəxdən stul gətirərək, Aytacı stula çıxarıb, ipi çəkəndən sonra stulu onun ayaqları altından çəkib. Bir müddətdən sonra ipi kəsən Azər Aytacın öldüyünü görüb atasına və təcili tibbi yardıma zəng vurub, Aytacın özünü asdığını deyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı araşdırmalara başlanıb. Məlum olur ki, Aytac intihar etməyib, onu Azər asıb öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, Azər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İbrahimli 13 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO