Sabiq səhiyyə naziri, mərhum Oqtay Şirəliyevlə vida mərasimi başlayıb.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir.
Vida mərasiminə səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər vəzifəli şəxslər qatılıblar.
Qeyd edək ki, o 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
Bizim.Media