“Samsung” S25-in qiyməti BƏLLİ OLDU - Daha baha olacaq!

“Samsung” S25-in qiyməti BƏLLİ OLDU - Daha baha olacaq!

Hazırda oxunan: “Samsung” S25-in qiyməti BƏLLİ OLDU - Daha baha olacaq!

273775

“Samsung”un yeni flaqmanının qiyməti məlum olub.

 

Sfera.az “GizmoChina” saytına istinadən xəbər verir ki, “Samsung Galaxy” S25 Ultra S24 modeli ilə müqayisədə ən azı 110 dollar baha olacaq. Bu halda cihazın qiyməti ən azı 1400 dollar təşkil edəcək.

 

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvarında təqdim edilən “Galaxy” S24 Ultra-nın qiyməti 1300 dollar idi.

 

“GizmoChina” jurnalistləri qeyd ediblər ki, yeni modelin baha olması yüksək səviyyəli “Snapdragon 8 Elite” prosessorunun qiyməti ilə bağlıdır. O, sələfindən 25-30 faiz bahadır. Ekran və kamera hissələri də bahalaşa bilər.

 

Vasif

Sfera.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO