Avropanın ən böyük şapito sirki Bakıya gəlir

Avropanın ən böyük şapito sirki Bakıya gəlir

Hazırda oxunan: Avropanın ən böyük şapito sirki Bakıya gəlir

273755

Bakı Dövlət Sirki iki ildən sonra ilk dəfə böyük tamaşa ilə geri qayıdır. Avropanın ən iri şapito sirki 24 oktyabr 2025-ci il tarixindən etibarən tamaşaçılarının ixtiyarına veriləcək.

Bizim.Media xəbər verir ki, bu tamaşa ilə Bakı Dövlət Sirki iki ildən sonra ilk dəfə böyük miqyaslı proqramla tamaşaçıların görüşünə qayıdır.

Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş peşəkar artistlərin iştirakı ilə zəngin və rəngarəng çıxışlar təqdim ediləcək. Tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik edəcəklər.

Məkan: Səbail rayonu, Su İdman Sarayının yanında, Akademik Ə. Yaqubov küçəsi 15

Başlama tarixi: 24 oktyabr 2025

Biletlər: İticket.az saytında satışdadır.

Bakı Dövlət Sirki bütün paytaxt sakinlərini və şəhərin qonaqlarını ailə üzvləri və dostları ilə birlikdə bu möhtəşəm şouya qoşulmağa dəvət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO