General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum oldu

General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum oldu

Hazırda oxunan: General Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum oldu

27368

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi icraata verilib. 

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-da keçiriləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevdəki “Kiy” restoranındakı qətl – Avropa Məhkəməsinin qərarı - Rövşən Əkbərovun həbsinin GİZLİNLƏRİ


Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb. 

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO