"Bolt" kartla ödənişdən imtina edən sürücüləri İŞDƏN ÇIXARIR?

"Bolt" kartla ödənişdən imtina edən sürücüləri İŞDƏN ÇIXARIR?

Hazırda oxunan: "Bolt" kartla ödənişdən imtina edən sürücüləri İŞDƏN ÇIXARIR?

273656

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kartla olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə başlayıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən, şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir.
 

İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonra onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.


Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən "Trend"ə bildirildiyinə görə, sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır.

Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur:

"Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür".

Qeyd edilib ki, hazırda sürücülərin bank kartı sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur:

"Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü tərəfindən kartla sifarişlərin rəddi kimi hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərtlər və qaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu təkrarlanarsa, sürücünün "Bolt" xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması da (bloklanma) mümkündür", - qurumdan əlavə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO