Magistraturaya proqram və ixtisaslaşma seçimi bu gün başa çatır

Magistraturaya proqram və ixtisaslaşma seçimi bu gün başa çatır

Hazırda oxunan: Magistraturaya proqram və ixtisaslaşma seçimi bu gün başa çatır

27360

Bu gün 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatacaq. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 29-da başlayan proqram və ixtisaslaşma seçimi iyulun 5-i saat 23.59-dək davam edəcək. 

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO