İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər Prokurorluğundan Bizim.Media verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, Məhəmməd Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:49 / 05.07.2021
Mingəçevirdə tələbəni öldürən şəxs tutuldu - FOTO
Hazırda oxunan: Mingəçevirdə tələbəni öldürən şəxs tutuldu - FOTO
Hazırda oxunan: Mingəçevirdə tələbəni öldürən şəxs tutuldu - FOTO
27359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.