2025-2026-cı tədris ili üzrə 2 oktyabr 2025-ci il, saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.
Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:48 / 02.10.2025
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi BAŞLAYIR
Hazırda oxunan: Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi BAŞLAYIR
Hazırda oxunan: Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi BAŞLAYIR
273527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.