Sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? – RƏSMİ AÇIQLAMA

Sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? – RƏSMİ AÇIQLAMA

273429

Sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilməsi məsələsi yenidən aktuallaşıb. Belə ki, oktyabrın sonundan etibarən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiriləcəyi ilə bağlı iddialar yayılıb.

Bəs bu iddialara həqiqəti əks etdirir?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın həqiqəti əks etdirmədiyi bildirildi.
 

Xatırladaq ki, hazırda sürücülük vəsiqəsinin verilməsi ilə bağlı imtahanları Baş Dövlət Yol Polisi İdarəsi (BDPYİ) keçirir. Qanuna uyğun olaraq, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.


Dövlət İmtahan Mərkəzi (DİM) isə xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO