“Bu məktəblərdə, ümumiyyətlə, psixoloq yoxdur” – Acınacaqlı VƏZİYYƏT

“Bu məktəblərdə, ümumiyyətlə, psixoloq yoxdur” – Acınacaqlı VƏZİYYƏT

Hazırda oxunan: “Bu məktəblərdə, ümumiyyətlə, psixoloq yoxdur” – Acınacaqlı VƏZİYYƏT

273348

Təhsil naziri Emin Əmrullayev bildirib ki, cəmiyyət bəzi davranışların qəbuledilməz olduğunu dərk etmədiyi müddətdə məktəblərdə qanun pozuntuları davam edəcək. Bu fikirlər bir daha təhsil müəssisələrində psixoloji dəstəyin vacibliyini gündəmə gətirib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda məktəblərdə psixoloq çatışmazlığı mövcuddur:
 

MÖVZU İLƏ BAĞLI:

“Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?


“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bəzi məktəblərdə iki, bəzilərində isə yalnız bir psixoloq fəaliyyət göstərir. Halbuki şagird sayı 2000-dən çox olan təhsil müəssisələrində minimum üç-dörd psixoloqun işləməsi vacibdir. Təbii ki, bütün şagirdlərin psixoloqa ehtiyacı olmur, amma müəyyən qrup uşaqlar üçün bu, zəruridir. Psixoloqlar yaş təbəqəsinə uyğun proqramlarla işləyirlər və onların işi sadəcə fərdi söhbətlərlə bitmir,” - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, rayon məktəblərində vəziyyət daha acınacaqlıdır:

“Əyalətlərdə ya ümumiyyətlə psixoloq yoxdur, ya da mövcud kadrlar ixtisasca psixoloq deyil. Bu baxımdan aidiyyəti qurumların məsələni nəzərə alması vacibdir”.

Elçin Əfəndi Psixologiya dərslərinin tədrisi məsələsinə də toxunub: 

“Düşünmürəm ki, psixologiya ayrıca bir fənn kimi daxil edilməlidir. Amma ən azı həftədə bir dəfə şagirdlərə davranış qaydaları barədə bilik və bacarıqların ötürülməsi vacibdir. Hazırda bu, qismən ‘Həyat bilgisi’ fənni çərçivəsində edilir, lakin xüsusən yuxarı siniflərdə daha geniş şəkildə tədrisi zəruridir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO