Ögey qızına təcavüz edən kişi ilə bağlı QƏRAR

Ögey qızına təcavüz edən kişi ilə bağlı QƏRAR

Hazırda oxunan: Ögey qızına təcavüz edən kişi ilə bağlı QƏRAR

273332

Gəncə Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətlərida təqsirləndirilən Qəşəm Məmmədovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Qəşəm Məmmədov 2021-ci il iyun ayından başlayaraq 17 may 2024-cü il tarixədək olan müddətdə dəqiq məlum olmayan tarixlərdə qeyri rəsmi ər-arvad münasibətində olduğu qadının yaşadığı Bərdə rayonunda fərdi yaşayış evinin qonaq və yataq otağında 2009-cu il təvəllüdlü olmaqla 14 yaşına çatmayan, sonrakı dövrdə isə 16 yaşına çatmayan qızı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərtidir) başqa şəxslərə xəbər verəcəyi təqdirdə özü və anasını öldürəcəyini bildirib. O, qıza hədə-qorxu gələrək zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hadisədən sonra Qəşəm Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

O, məhkəmədə azyaşlının öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin zərərçəkmişə zor tətbiq etmədiyini söyləyib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO