Son günlər bəzi bölgələrdə vəhşi və sahibsiz heyvanların insanlara hücumu nəticəsində quduzluq virusuna yoluxma halları qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, xüsusilə it və tülkü dişləməsi zamanı virusun ötürülmə riski yüksəkdir və bu, vaxtında tibbi müdaxilə edilməzsə ölümlə nəticələnə bilər.
Xüsusilə küçə itlərinin sakinlərə hücum etməsi, xəsarət yetirməsi halları tez-tez baş verir. Əgər it, o cümlədən digər bəzi heyvanlar insanı dişləyirsə, həmin insana mütləq quduzluq peyvəndi vurdurmalıdır.
Əks halda, nəticələr çox təhlükəli ola bilər. Çünki quduzluğun əlamətləri başlayarsa, heç bir müalicə insanı xilas etmir.
Maraqlıdır, ötən il vəfat edənlərin sayı nə qədər olub?
Bizim.Media mövzuyla əlaqədar Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Komitədən bildirilib ki, 2024-cü ildə quduzluqdan vəfat edən olmayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media