Bakıda və Abşeron yarımadasında su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov təmsil etdiyi qurumun İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda proqram üzərində müzakirələr aparılır: "Proqram çərçivəsində layihələrin icrası üçün donorlarla danışıqlar aparılır, onların maliyyə dəstəyinin və beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Bundan başqa, Bakı və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması və infrastrukturun yenilənməsi istiqamətində 10 iri layihə həyata keçirilir.
Bu layihələrə iri həcmli daşıyıcı kollektorların, həmçinin 3 yeni su təmizləyici qurğu kompleksinin tikintisi daxildir"
İ. Bayramov əlavə edib ki, magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğu komplekslərinin isə 2027–2028-ci illərdə tamamlanması planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:55 / 30.09.2025
Bakıda su-kanalizasiya sistemi yenilənəcək - Xüsusi dövlət proqramı hazırlanıb
Hazırda oxunan: Bakıda su-kanalizasiya sistemi yenilənəcək - Xüsusi dövlət proqramı hazırlanıb
Hazırda oxunan: Bakıda su-kanalizasiya sistemi yenilənəcək - Xüsusi dövlət proqramı hazırlanıb
273236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.