“Onunla rastlaşanda çox mehribancasına görüşərdik. Hər konsertlərinə, çıxışlarına məni dəvət edirdilər. Uğurlarına çox sevinirdim. İmkan daxilində o konsertlərdə iştirak edirdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov əməkdar artist Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.
Aktyor diqqətə çatdırdı ki, mərhumla son görüşü elə DTX-nın Mədəniyyət Mərkəzinin qarşısında olub. Mədəniyyət Nazirinin rəhbərliyi ilə keçirilən görüşdən sonra Teatr Xadimləri İttifaqına gedərkən tində rastlaşıb, səmimi görüşüblər:
“Xeyli söhbətdən sonra birdən dedi ki, sizinlə şəklim yoxdur, gəlin bir şəkil çəkdirək. Heç ağlıma gəlməzdi ki, bu bizim sonuncu şəklimiz olacaq”.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:33 / 30.09.2025
Hacı İsmayılov: “Ağlıma gəlməzdi ki, bu, bizim sonuncu şəklimiz olacaq” – VİDEO
Hazırda oxunan: Hacı İsmayılov: “Ağlıma gəlməzdi ki, bu, bizim sonuncu şəklimiz olacaq” – VİDEO
Hazırda oxunan: Hacı İsmayılov: “Ağlıma gəlməzdi ki, bu, bizim sonuncu şəklimiz olacaq” – VİDEO
273172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.