Atasının kafesində müştərini döyən şəxs HƏBS OLUNDU

Atasının kafesində müştərini döyən şəxs HƏBS OLUNDU

Hazırda oxunan: Atasının kafesində müştərini döyən şəxs HƏBS OLUNDU

273098

Cəlilabadda 24 yaşlı oğlan atasının kafesində spirtli içki qəbul edən şəxsi döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini Mais adlı şəxs tanışı Elçin Nurullayevin icarə əsasında işlətdiyi kafeyə gəlib, orada spirtli içki qəbul edib. O, sərxoş vəziyyətdə kafenin icarədarı Elçinlə mübahisə edib. Bu vaxt Elçinin oğlu Məhəmməd Nurullayev kafeyə daxil olub və Maisin atası ilə mübahisə etdiyini görüb. O, stola yaxınlaşaraq Maisin başına yumruqla vurub. Zərbənin təsirindən Mais huşunu itirərək yıxılıb. Məhəmməd onun qolundan yapışaraq sürüyüb kafedən bayıra, mişardaşı topasının üstünə atıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Maisi təcili yardım avtomobili ilə xəstəxanaya çatdırıblar.

Mais əməliyyat olunub.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd Nurullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və M.Nurullayev polisin nəzarəti altına verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində M.Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə M.Nurullayev altı il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO