Ləzə kəndini iki hissəyə bölən palçıq selinin SƏBƏBİ bilindi – VİDEO/ÖZƏL

Ləzə kəndini iki hissəyə bölən palçıq selinin SƏBƏBİ bilindi – VİDEO/ÖZƏL

Hazırda oxunan: Ləzə kəndini iki hissəyə bölən palçıq selinin SƏBƏBİ bilindi – VİDEO/ÖZƏL

272985

Xəbər verdiyimiz kimi Qusarın Ləzə kəndində bir həftə öncə başlayan palçıq seli təhlükəsi davam edir.

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri mütəxəssisləri Qusarın Ləzə kəndində baş vermiş palçıq layının mənbəyində-Qızılqaya dağ massivində olublar.

Bizim.Media-nın əldə etdiyi məlumata görə rəsmi qurumların əməkdaşları ərazidə araşdırma aparıb və bu qənaətə gəliblər ki, dağdan Ləzə kəndinə gələn palçıq, lil layı vulkan deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ləzədə palçıq seli evlərə DOLUR – Sakinlər TƏŞVİŞDƏ – VİDEO


Bu layın kəndə sürətlə axın eləməsinin təfərrüatları da aydın olub. Məlum olub ki, intensiv və güclü yağıntılardan sonra dağ massivində sürüşmə baş verib, sürüşmə dərə hissədə kəndə gələn Ləzə çayının qarşısını kəsib.

Bu zaman torpaq və su qatı maye halına gəlib və qəfildən sürətlə kəndə axın etməyə  başlayıb. Nəticədə Ləzədə fövqəladə vəziyyət yaranıb, kəndi 2 hissəyə bölüb.

Qusar icra başçısının birinci müavini, rayon FHK sədri Şahid Fərəməzov da kəndi lərzəyə salan palçıq selinin palçıq vulkanı olmadığını deyib. Onun sözlərinə görə 3 gündür sel dayanıb, vəziyyət stabildir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO