Şəhidin

Şəhidin "Qarabağ" ordeni ailəsinə verildi - FOTO

Hazırda oxunan: Şəhidin "Qarabağ" ordeni ailəsinə verildi - FOTO

27298

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan şəhid gizir Cavadlı Nemət Cavid oğlunun medalı İmişlidə ailəsinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə təşkil edilən toplantıda İmişli Rayon İcra Hakimiyyətinin rəhbəri və aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Təqdimat zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, gizir Nemət Cavadlı da Vətən uğrunda döyüşlərdə şəhadət zirvəsinə ucalan igid oğullarımızdandır.

Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən mərdlik və igidlik nümunələri göstərib.

Natiqlər Nemətin vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi və iradi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd ediblər.

Sonra Azərbaycan Ordusunun şəhid giziri Nemət Cavadlının ölümündən sonra layiq görüldüyü “Qarabağ” ordeni atasına təqdim olunub.

Şəhidimizin atası Cavid Cavadov oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqətə, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Nemət Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO