İsmayıllıda toyda dörd nəfər bıçaqlandı: Biri BƏYDİR – TƏFƏRRÜAT

İsmayıllıda toyda dörd nəfər bıçaqlandı: Biri BƏYDİR – TƏFƏRRÜAT

Hazırda oxunan: İsmayıllıda toyda dörd nəfər bıçaqlandı: Biri BƏYDİR – TƏFƏRRÜAT

272917

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev (bəy), 2005-ci il təvəllüdlü Səid İsayevi toy çadırından çölə çağırıb.

Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.
 

Bu vaxt E.Babayev daha üç nəfərə - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.


Qeyd edək ki, Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO