Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, yeni marşrut şəbəkəsinin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək:
Sentyabrın 28-dən fəaliyyətə başlayacaq avtobusların hərəkət istiqaməti:
• 1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - Yeni Gəncə (28 May prospekti);
• 2 nömrəli marşrut – Heydər Əliyev prospekti - Şah İsmayıl Xətai prospekti - Dədə Qorqud küçəsi (dairəvi marşrut);
• 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) - Cümhuriyyət prospekti;
• 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi - Bağmanlar küçəsi;
• 7 nömrəli marşrut – Poçt qəsəbəsi - Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu);
• 8 nömrəli marşrut – Dəmiryol deposu - Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);
• 9 nömrəli marşrut – Təbriz küçəsi - "Kəlbəcər" şəhərciyi.
Sentyabrın 29-dan fəaliyyətə başlayacaq avtobusların hərəkət istiqaməti:
• 4 nömrəli marşrut – İmamzadə türbəsi - Cümhuriyyət prospekti;
• 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi - V.Qocayev küçəsi;
• 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) - "Kəlbəcər" şəhərciyi;
• 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) - N.Nərimanov küçəsi (Parkın ətrafı);
• G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası - N.Nərimanov küçəsi (Parkın ətrafı).
Sentyabrın 30-dan fəaliyyətə başlayacaq avtobusların hərəkət istiqaməti:
• 10 nömrəli marşrut – Poçt qəsəbəsi - N.Nərimanov küçəsi (Parkın ətrafı);
• 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - 1 nömrəli şəhər xəstəxanası;
• 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);
• 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);
• 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) - N.Nərimanov küçəsi (Parkın ətrafı).
Oktyabrın 1-dən fəaliyyətə başlayacaq avtobusların hərəkət istiqaməti:
• 16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);
• 19 nömrəli marşrut – V.Qocayev küçəsi - "Grand" bazar;
• G2 nömrəli marşrut – Göygöl avtostansiyası - N.Nərimanov küçəsi (Parkın ətrafı).
Qeyd edək ki, bu dəyişikliklər AYNA-nın regionların nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun qurulması ilə bağlı qarşıya qoyduğu strateji hədəflərinə çatması üçün atılan növbəti mühüm addımdır. Gəncə şəhərində icra edilən bu modelin gələcəkdə digər regionlarda da tətbiqi nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:23 / 27.09.2025
Gəncədə 22 avtobus marşrutu fəaliyyətə BAŞLAYIR
Hazırda oxunan: Gəncədə 22 avtobus marşrutu fəaliyyətə BAŞLAYIR
Hazırda oxunan: Gəncədə 22 avtobus marşrutu fəaliyyətə BAŞLAYIR
272728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.