Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını məsuliyyətə və diplomatiyaya ÇAĞIRDI

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını məsuliyyətə və diplomatiyaya ÇAĞIRDI

Hazırda oxunan: Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasını məsuliyyətə və diplomatiyaya ÇAĞIRDI

272609

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasına müraciət edərək məsuliyyətlə hərəkət etməyə və diplomatiya, ədalət və beynəlxalq hüquq prinsiplərinə əsaslanmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu çağırış Şuranın bu gün keçiriləcək 2231 saylı qətnamənin uzadılması ilə bağlı səsverməsi ərəfəsində səsləndirilib.

Əraqçi vurğulayıb ki, bu səsvermə qarşıdurmaya “yox”, əməkdaşlığa isə “hə” demək üçün bir fürsətdir və diplomatik dialoq üçün məkan yarada bilər. O qeyd edib ki, İran dəfələrlə diplomatik pəncərənin açıq qalması təklifini irəli sürüb, lakin “Avropa üçlüyü” və ABŞ bu təkliflərə cavab verməyərək təzyiqləri artırmağa davam edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi 2015-ci ildə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (saziş) dəstəkləmək məqsədilə qəbul edilib.

Saziş İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur. Qətnamə MAQATE-nin monitorinqini və pozuntular halında “Snapback” (sanksiyaların avtomatik bərpası) mexanizmini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO