Lənkəranda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə səhər saat 08:00 radələrində şəhər ərazisində baş verib.
Bizim.Media xəbər verir ki, “20 km” marşrut xətti üzrə hərəkətdə olan avtobus velosipedçi, Lənkəran rayonunun Şilim kənd sakini 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub.
Ağır xəsarət alan velosipedçi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona koma, həmçinin kəllədaxili travma diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:58 / 25.09.2025
Lənkəranda FACİƏ: Marşrut avtobusu velosipedçini vuraraq öldürdü - FOTO
Hazırda oxunan: Lənkəranda FACİƏ: Marşrut avtobusu velosipedçini vuraraq öldürdü - FOTO
Hazırda oxunan: Lənkəranda FACİƏ: Marşrut avtobusu velosipedçini vuraraq öldürdü - FOTO
272350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.