Neftçalada dəniz məhsulları oğurlayan şəxs tutuldu - FOTO

Neftçalada dəniz məhsulları oğurlayan şəxs tutuldu - FOTO

Hazırda oxunan: Neftçalada dəniz məhsulları oğurlayan şəxs tutuldu - FOTO

27189

Neftçala rayonu ərazisində yerləşən yardımçı təsərrüfatların birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də qeyd olunan oğurluq hadisəsini törədərək zərərçəkmişə məxsus yardımçı təsərrüfatdan 2000 manat pul və 3000 manat dəyərində dəniz məhsulları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Hüseynbala Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla əlaqədar Neftçala RPŞ-də cinayət içi açılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO