3100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”dan növbəti BİABIRÇILIQ

3100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”dan növbəti BİABIRÇILIQ

Hazırda oxunan: 3100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”dan növbəti BİABIRÇILIQ

271833

Xəbər verildiyi kimi “Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. İlk məhkəmə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində keçirilib. Digər məhkəmə isə bu gün - sentyabrın 22-də Şirvan Şəhər Məhkəməsində baş tutub.  
 

MÖVZU İLƏ BAĞLI:

3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri – ARAŞDIRMA



Mərhum qazinin anası Sevinc Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, məhkəmə prosesi oktyabrın 13-nə təxirə salınıb:

“Məhkəmə 10-15 dəqiqə çəkdi. Bankdan yalnız bir əməkdaş gəlmişdi. O da bildirdi ki, baş ofisə gəlməlisiniz. Mənə dedi ki, baş ofisdə danışıb 3 100 manatlıq borcu yarıya endirmək olar. 1 400 manatı mən, qalanını bankın ödəyə biləcəyini söylədi. Hakim də dedi ki, soyub-soyuq niyə quyruğunda bulandırırsınız. Yəni, bunu ödəyirsiniz, tam ödəyin. Mən 500 manat əmək haqqı ilə bu krediti necə ödəyə bilərəm? Bilirsiniz, onlar əslində baş ofisə çağırmaqla məsələni uzadırlar. Bunun başqa açıqlaması yoxdur”.

Naibə Məmmədova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO