İmişli bazarındakı yanğından sonrakı VƏZİYYƏT – VİDEO

İmişli bazarındakı yanğından sonrakı VƏZİYYƏT – VİDEO

Hazırda oxunan: İmişli bazarındakı yanğından sonrakı VƏZİYYƏT – VİDEO

27168

İyunun 25-də İmişli rayonunun mərkəzi bazarında baş verən yanğından sonra vəziyyət olduqca ağırdır.

Bizim.Media-nın hadisə yerində olan əməkdaşı bazarın son durumunu lentə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bazarda baş verən yanğında 5 polis tüstüdən zəhərləndi - FOTO


Videogörüntüdə bazar ərazisinin tamamilə yararsız hala düşdüyü əks olunub. Görüntüdə hazırda bazarda sahibkarların öz hesablarına təmizlik bərpa- işləri aparıldığı görünür. 

Bazarda çalışanlardan biri bildirib ki, hazırda Fövqaladə Hallar Nazirliyi tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

“Bir-neçə gün idi qiymətləndirmə aparıldı, biz də bütün dəyən ziyan barəsində hesabatı yazıb təqdim etmişik. Ancaq hələ ki, nəticə barədə heç bir məlumat yoxdur. Deyilənə görə, təmir-bərpa işlərindən sonra bizi yeni yerlərlə təmin edəcəklər. Gördüyünüz kimi böyük bir ərazi yanıb. Biz də nəticəni gözləyirik”,- deyə, o, qeyd edib.

Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m. olan bazarda, təqribən 2 400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb.

Yanğına səbəb kimi mağazaların birində elektrik naqillərinin qısaqapanma səbəbilə baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə zamanı 200-dən çox sahibkarın ümumi dəyəri 300-350 min manatatadək olan ticarət obyektləri külə dönüb. Nəticədə yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib, ticarət mərkəzinin bir hissəsi xarabazara çevrilib. Ticarət obyektlərinin sahibləri olduqca ağır vəziyyətdədir.

Əməkdaşımızın lentə aldığı görüntünü təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO