Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Hazırda oxunan: Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

271407

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Bizim.Media gununsesi.info-ya istinadən xəbər verir ki, Bakı və Gəncə istisna olmaqla, bütün rayonların dəmiryol vağzallarında kassalar bağlanıb və kassirlər işdən kənarlaşdırılıblar.


Kassirlər bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" rəhbərliyi onların başqa işə keçməsini təmin etməyib.

Rəhbərlik isə qərarı sərnişinlərin bileti onlayn almaları ilə əsaslandırıb. Lakin reallıqda "Azərbaycan Dəmir Yolları" internet səhifəsindən onlayn bilet almaq olduqca çətindir və bir çox hallarda mümkün olmur. Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər olunub.

Həmçinin bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi sərnişinlərin yaşlı olmasını və onlayn bilet almaq imkanlarının məhdud olduğunu nəzərə almayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO