İki nəfərin batdığı tunel su ilə doldu - VİDEO

İki nəfərin batdığı tunel su ilə doldu - VİDEO

Hazırda oxunan: İki nəfərin batdığı tunel su ilə doldu - VİDEO

271300

Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında yenə çətinlik yaranıb.

 

Sfera.az xəbər verir ki, Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb. 

 

Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb. 

 

Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.

 

Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO