Son zamanlar “Azercell” abunəçiləri sosial şəbəkələrdə və müxtəlif platformalarda aylıq internet paketlərinin sürətlə tükənməsindən şikayətlənirlər. İstifadəçilər bildirirlər ki, əvvəlki dövrlərlə müqayisədə internet tarifi daha qısa müddətdə bitir və bu, əlavə xərcə səbəb olur. Azercell abunəçilərinin dediyinə görə aylıq internet paketləri bəzən 6-7 gün, bəzən də 20-25 gün ərzində tükənir. Bu isə istifadəçilər arasında narazılığa səbəb olur.
Digər narazılıq doğuran məqam isə aylıq internet paketlərinin 28 günlük müddətinin olmasıdır.
Bəs aylıq internetin sürətlə tükənməsinə səbəb nədir?
Mövzu ilə bağlı “Azercell Telekom” MMC-dən Bizim.Media-ya verilən açıqlamada qeyd olunub ki, 1 iyul 2025-ci il tarixindən etibarən mobil internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin optimallaşdırılması məqsədilə dəyişikliklər tətbiq edilib:
“Hazırda şirkət “irihəcmli”, “həftəlik”, “günlük” və “limitsiz” internet paketlərini təqdim edir. İnternet paketlərinin 28 günlük müddəti bir çox ölkələrdə operatorlar tərəfindən tətbiq edilir. Təqvim aylarının uzunluğu 28-31 gün arasında dəyişsə də, 28 günlük sistem sabit qalır və istifadəçilərə data ehtiyaclarını daha səmərəli idarə etməyə imkan verir”, - deyə bildirilib.
Həmçinin şirkət qeyd edib ki, mobil data istifadəçilərinin vərdişlərindəki dəyişikliklər trafikdə artıma səbəb olub:
“Sosial şəbəkələrdə aktivliyin yüksəlməsi, multimedia kontentə marağın artması və video yayımların geniş istifadəsi mobil trafikin sürətli artmasına gətirib çıxarıb. Xüsusilə HD və 4K videolar əsas trafik mənbəyini təşkil edir”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 19.09.2025
Adı aylıq, özü 28 günlük… - “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB
Hazırda oxunan: Adı aylıq, özü 28 günlük… - “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB
Hazırda oxunan: Adı aylıq, özü 28 günlük… - “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB
271293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.