Təhsil Nazirliyindən MİQ imtahanlarında iştirak edəcək namizədlərə MÜRACİƏT

Təhsil Nazirliyindən MİQ imtahanlarında iştirak edəcək namizədlərə MÜRACİƏT

Hazırda oxunan: Təhsil Nazirliyindən MİQ imtahanlarında iştirak edəcək namizədlərə MÜRACİƏT

27128

Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

Bizim.Media bildirirki, Nazirlikdən  verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin sertifikasiyası bu qayda ilə keçiriləcək - RƏSMİ


İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO