Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

271250

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 mm-dək qeydə alınıb.

Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 m/s-dək güclənir.

Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO