MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

271183

Sentyabrın 18-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri və Agentliyin İcraçı direktoru iştirak ediblər.

Görüşdə Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, qlobal əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub.

Eyni zamanda, yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub.
 

Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıblar.


İclasda, həmçinin Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO