“Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?

“Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?

Hazırda oxunan: “Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?

270979

“Kim dərsini bilməsə, alacaq iki” yanaşması hələ də bəzi məktəblərdə tətbiq olunur.

Bəs qiymətlərin uşaqların psixologiyasına təsiri necədir? Valideynin hörmətinə görə qiymət yazmaq metodu indi də mövcuddurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Tariyel Faziloğlu bildirib ki, qiymət psixologiyası uşaqlar üçün çox həssas məsələdir:

“Xüsusilə məktəbə yeni başlayan uşaqlara qiymət qoyularkən çox diqqətli olmaq lazımdır. Adi normadan bir qədər aşağı qiymət belə onlarda motivasiya itkisinə, oxumağa nifrət yaranmasına səbəb ola bilər. İbtidai sinifdə müəllimlərin yanaşması uşağın gələcək həyatına ciddi təsir edə bilər”.

Psixoloq qeyd edib ki, yuxarı siniflərdə qiymət yalnız şagirdin biliyinə görə verilməlidir:

“Qiymətləndirmə zamanı uşağın davranış və fikirləri də nəzərə alınmalıdır. Amma valideynin hörmətinə görə və ya şişirdilmiş formada qiymət yazmaq düzgün deyil. Çünki uşaq layiq olmadığı halda yüksək bal alarsa, bu, onun şəxsiyyətinin formalaşmasında mənfi rol oynaya bilər”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO