"Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər"

Hazırda oxunan: "Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər"

270900
“Beyin axını” kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamı tərk edib. Ölkə əsl alim üzünə həsrət qalıb...

Təhsil eksperti Etibar Əliyev ölkədən beyin axını ilə bağlı ilginc status paylaşıb. Ekspert qeyd edib ki, ölkəni tərk edən tanınmış alimlərin əksəriyyəti sanki nədənsə küsüb:

“Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: onlar burda olsaydılar, daha yaxşı olmazdımı? Təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür. Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacibdir. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu humanitar elmlər təşkil etmir. Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər. Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə özlərinə sığışdırmırlar bunu! Elm adamı umu-küsünü unutmalıdır”.

E.Əliyev bildirib ki, ölkəni tərk edən alimlər buradakı əməkhaqqı və universitetlərdəki mühiti bəhanə gətirilə bilərlər:

“Ancaq burada tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq bu aclıq forması kimi özünü büruzə verir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO