Stomatoloqlar xəbərdarlıq edirlər ki, qazlı suyun həddindən artıq istehlakı dişlərə zərər verə bilər.
Bizim.Media xəbər verir ki, əsas təhlükə ondadır ki, qazlı su turşudur və turşu zamanla diş minasını "yeyir".
Oral Health Foundation təşkilatından doktor Ben Atkins izah edib ki, turşu ilə təmas zamanı diş minasının kiçik hissəcikləri tədricən silinir və zamanla bu, ciddi zədələnmələrə səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə sitrus dadlı qazlı sular diş ətində eroziya riskini artırır.
Bunun qarşısını almaq üçün isə həkimlər adi su içməyi və ya sadə tədbirlər görməyi tövsiyə edirlər: qazlı suyu uzun müddət ərzində kiçik qurtumlarla içməmək, borudan istifadə etmək, içkidən sonra ağızı su ilə yaxalamaq və dərhal sonra diş fırçalamamaq.
Qeyd edilir ki, həftədə bir dəfə qazlı içki içmək zərər verməz, əsas məsələ – hır gün içməmək və normanı aşmamaqdır.
Bizim.Media