Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır

Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır

Hazırda oxunan: Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır

270469

Keçmiş məcburi köçkün 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-a onun oğlu məlumat verib: 
 

“Dörd il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq”.


Qeyd edək ki, X. Baxışəliyeva 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Onun 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO