BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

Hazırda oxunan: BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

270109

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

Bizim.Media xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən “Qafqazinfo.az”ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:

“Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. “Jurnalistika”  ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO