Türkiyədən Azərbaycana şokaladın içində qızıl keçirmək istədilər – FOTO

Türkiyədən Azərbaycana şokaladın içində qızıl keçirmək istədilər – FOTO

Hazırda oxunan: Türkiyədən Azərbaycana şokaladın içində qızıl keçirmək istədilər – FOTO

270051

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
 

Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.


Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO