Xaçmazda 45 yaşlı kişi antibiotik vurulandan sonra həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə sentyabrın 10-da Xaçmaz rayon Mərkəzi Xəstəxanasında baş verib. Xaçmazın Qaraçı kənd sakini, 45 yaşlı Rahim Tariyel oğlu Məmmədov xəstəxanada ona vurulmuş antibiotik iynəsindən sonra dünyasını dəyişib.
Məsələ ilə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 45 yaşlı şəxs antibiotikdən deyil, xəstəlikdən vəfat edib.
Hansı xəstəlikdən öldüyü barədə isə detallar açıqlanmayıb.
Faktı rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 11.09.2025
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib – ÖZƏL
Hazırda oxunan: Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib – ÖZƏL
Hazırda oxunan: Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib – ÖZƏL
269842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.