Bu işçilərə əlavə məzuniyyət verilir

Bu işçilərə əlavə məzuniyyət verilir

Hazırda oxunan: Bu işçilərə əlavə məzuniyyət verilir

269634

İş yeri olan və qiyabi oxuyan tələbələrə əlavə məzuniyyət veriləcək.

Bizim.Media “Metbuat.az”a istinadən xəbər verir ki, onlar imtahan və diplom müdafiəsi dövrlərində əlavə məzuniyyət götürə bilərlər.

Qanuna əsasən, ali məktəblərin qiyabi şöbəsində oxuyanlara I və II kursda 30 gün, digər kurslarda 40 gün məzuniyyət verilir. Orta ixtisas məktəblərinin qiyabi şöbəsində oxuyanlara I və II kursda 20 gün, sonrakı kurslarda 30 gün məzuniyyət düşür.

Dövlət imtahanları vaxtı həm ali, həm də orta ixtisas məktəblərinin qiyabi tələbələrinə 30 gün məzuniyyət verilir.
 

Diplom işi yazan qiyabi tələbələr ali məktəbdə 4 ayadək, orta ixtisas məktəbində isə 2 ayadək məzuniyyət ala bilirlər. Peşə məktəbində oxuyan işçilər imtahan üçün hər tədris ilində 30 gün məzuniyyət götürə bilərlər.


Qeyd edək ki, bu məzuniyyətlər yalnız təhsil müəssisəsinin arayışı ilə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO