Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbs müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, bu barədə region məhkəmələrinin birləşdirilmiş mətbuat xidməti məlumat yayıb.
“Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək Şıxlinski Mutvalı Şahin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirini uzadıb. O, istintaq orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi) ilə ittiham olunur. Həbs müddəti 14 dekabr 2025-ci ilə qədər uzadılıb”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, Şahin Şıxlinskinin özü də hazırda həbsdədir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:36 / 09.09.2025
Şahin Şıxlinskinin oğlunun həbs müddəti uzadıldı
Hazırda oxunan: Şahin Şıxlinskinin oğlunun həbs müddəti uzadıldı
Hazırda oxunan: Şahin Şıxlinskinin oğlunun həbs müddəti uzadıldı
269551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.