Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilənin iştirakı olmadan, yəni qiyabi olaraq keçirilir.
Məhkəmə istintaqı zamanı müəyyən məlumatların ictimailəşməməsi səbəbindən prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunduğundan iclasda kənar şəxslərin iştirakı qadağan edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 2-si Elşad İslam oğlu Abdullayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.
Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:56 / 09.09.2025
Elşad Abdullayevin məhkəməsi qapalı keçirildi
Hazırda oxunan: Elşad Abdullayevin məhkəməsi qapalı keçirildi
Hazırda oxunan: Elşad Abdullayevin məhkəməsi qapalı keçirildi
269541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.